Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
qarşı silahla müqavimət göstərmək.

      2. Siyasi və iqtisadi tətillərlə, silahsız müqavimət (Məmurlar üçün tətil hərəkatlaarı)

      3. Hökumətə vergi verməmək.

      4.Ordu içində təbliğat aparmaq. Hərbçilər vətən övladlarına və qiyamçılara qarşı çıxmamağa çağırılacaq.

      5. Ümumi bir qiyam.

      6. Hadisələrin göstərdiyi zərurətə görə digər lazımlı vasitələrlə mübarizə.

      Qərar belə sona çatır:

      "Yaşasın indiyə qədər tək olan millətlərin birliyi! Yaşasın ictimai güclərin toplanması!"

      Ziya Nur bəyin "”Dövləti Aliyyəni” yıxmaqdan, mənsub olduqları xalqların fəlakətini hazırlamaqdan başqa bir nəticə verməyəcək olan bu xəcalət və xəyanət vəsiqəsi" dediyi sənədin altında bu cəmiyyətlərin imzası var: “Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti” (nəşr orqanları “Şura-yi Ümmət” və “Meşveret”), “Erməni Qiyam Heyəti Müttefikası” – Daşnaksütun – (nəşr orqanı “Duruşak”), “Misir Cəmiyyəti İsrailiyesi” (nəşr orqanı “Lavara”), “Xilafət” – Türkcə və Ərəbcə Yazı Qurumu, mərkəzi London; “Armenya” qəzeti idarə heyəti – mərkəzi Marseldə; Balkan ölkələrindən idarə olunan “Ruzmik”; idarə heyəti, rəhbərliyi Amerikada yerləşən, “Hayrenik”; “Ahd-i Osmani Cəmiyyəti” – Misirdə, “Təşəbbüsi- Şahsi və Adem-i Merkeziyet, Meşrutiyet Cəmiyyəti” (nəşr orqanı “Tərəqqi”.) (Bayur, haqqında danışılan əsər, c. 4, his. 4, s. 138)

      “Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti”nin bu qərarların altında imzasının olması izaholunmazdır. Çünki yuxarıda toxunulduğu hissənin təməl qanunlarına zidd olduğu kimi, Selanik mərkəzinə göndərdikləri hesabatda qeyri-müsəlmanların niyyətlərinin fərqində olduqlarını ifadə etməkdədirlər. Selanik mərkəzinə bu qərarları bildirən hesabatda ermənilərin Cəmiyyətlə əməkdaşlıq etmək istədikləri və "xam xəyallarını ürəklərində saxladıqları” bildirilməkdədir. Eyni zamanda bolqar və rumların öz hökumətlərindən əmr aldıqlarını, Osmanlı rum və bolqarlarını düşünmədiklərini, buna görə onlarla əməkdaşlığın mümkün olmadığı bildirilməkdədir.

      1908-ci ildən etibarən Cəmiyyətin ölkədaxili işləri sürətlənir; ağırlıq ordu mənsublarındandır. “Cemiyyet-i Mukaddese” olaraq tanınan təşkilat Osmanlı cəmiyyətinin çox da vərdiş etmədiyi sıx bir təbliğat ilə hücumlara girişir.

      Hərçənd Cəmiyyət hələ Parisdə fəaliyyət göstərdiyi illərdən etibarən Qafqaz və Türkistan türkləri ilə maraqlanmağa başlamış, oralar üçün xüsusi iş proqramları hazırlanmışdır; məktublaşmalar vardır: "Bir müddət üçün Rusiyaya olan düşmənçiliyinizi, hələ Türkiyəyə iltihak etmək ideyalarınızı ürəyinizdə saxlamağa cəhd göstərin." (Bayur, haqqında danışılan əsər, c. 1, h. 1, s. 342 vd.) Ancaq iqtidara yaxınlaşdıqca yaxud iqtidarı dövründə “İttihad və Tərəqqi”nin fikir və mövqeləri çox dəyişir. Bu dəyişmələr onların bəyinlərinə yeridilən yaxud kitabdan gələn düşüncələrinin Osmanlı Dövlət və cəmiyyət gerçəyi ilə qarşılaşmasından doğulmuş olmalıdır. Ən qısa şəkildə ifadə etsək, bu düşüncə islamçı-türkçü bir xətt izləyir. İslamçılıq həssaslığında İngilislərin Xilafət qorxusunu Türkçülükdə də Rusiyanın narahatlıqlarını düşünərək yüksək səslə danışmamağa çalışmışlar. Ancaq Dövlətin son anına qədər rəsmi Osmanlıçılıq siyasətindən heç bir zaman ayrılmamışdılar.

      1910-cu ildən etibarən Ziya Göyalpın “İttihad və Tərəqqi” üzərində təsirləri görünməyə başlayır. Bəzi yazarlar bunu “İttihad və Tərəqqi” mürşidliyi olaraq xarakterizə edərlər.

      "Selanikdən qalxıb İstanbula gəldikdən və burada yerləşdikdən sonra Ziya Göyalp ətrafında miqdarı getdikcə artan bir sıra müridlər toplamağa və özü də bunların arasında milli bir dərgah postuna oturmuş mürşid kimi mövqe seçdi” (Alaattin Korkmaz, Ziya Göyalp, Hərəkatı, Ank.1988, s. 261; Mühittin Birgen, “İttihad Tərəqqidə on il, c. I, İİst.2006, s. 360.) "Dünyanın şərqi də, qərbi də bizə açıqca göstərir ki, bu əsr milliyyət əsridir; bu əsrin vicdanları üzərində ən təsirli qüvvət milliyyət məfkurəsidir. Dövlət ancaq bunun fərqində olanlar tərəfindən idarə oluna bilər və "Milliyyət hissinin hakim olduğu bir məmləkəti, ancaq milliyyət zövqünü nəfsində duyanlar idarə edə bilər." (“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”yə istinadən N. Kösoğlu, Türk Milliyyətçiliyinin Doğuşu və Ziya Göyalp , İst.2005, s. 158)

      Göyalp Türkçülük və İslamçılığı bir-birini möhkəmləndirən iki siyasət olaraq şərh edir və siyasi hərəkata yol göstərməyə çalışırdı. Hadisələrin məcbur etdiyi istiqamət də bundan fərqli deyildi. İttihad Tərəqqi Partiyasının Ümumi katibli olmuş Fəthi Okyarın Partiyanı qiymətləndirməsi belədir:

      "O şərtlər içində fikir adamlarını və təşkilatları olmayan və gizli çalışan bir cəmiyyətin başqa qaynaqlardan ilhamlanması çox təbii hətta zəruri idi. Necə ki bu qaynaqlar Balkan komitaçılığından Mason lojalarına qədər uzanan ziqzaqlar içində idi. Lakin, şübhəsiz, olan bu idi: İttihad və Tərəqqi, bəlkə, o günün şərtləri içində açıqca ifadə edilməsi qeyri-mümkün və hətta rəhbərlikdə olanların da fəlsəfə və fikir olaraq ifadə edə bilməyəcəkləri şəkildə türk milliyyətçisi idi." (Fəthi Okyar, Üç dövrdə bir adam, İstanbul 1980, s. 23) Hökumətin elanından sonra "İki ay içində az qala bütün ölkədə Cəmiyyətin şöbələri açılmışdı. Bura diqqətimdən qaçmırdı: Məmləkətdə oxucu-yazar azlığına, vilayət, bayraq və qəzalarda həkimlik, əczaçılıq, baytarlıq, hətta az sayda olmaqla birlikdə mühəndislik peşələri Türk və Müsəlman olmayan rum-erməni-yəhudilərin əlində olmasına, bizim din, irq, məzhəb, milliyyət fərqinə baxmadan Osmanlı olduğumuzu israrla elanımıza baxmayaraq, təşkilat üçün müraciət edənlər arasında, az qala Türklərdən qeyrisi yox idi". (Fəthi Okyar, haqqında danışılan əsər, s. 27-28)

      Osmanlı siyasi həyatında getdikcə, ümumiyyətlə, Türk olmayan ünsürlərin müxalifət cəbhəsində toplanması, türklərin də İttihad Tərəqqiyə yönəlməsini sürətləndirir. Partiya bu baxımdan da zəruri olaraq türkçülüyə yönəlir. (Mühittin Birgen, “İttihad Tərəqqi”də on il, İstanbul 2006, c. I, s. 113)

      Göyalpı yaxından tanıyan və o illərdə İttihadçıların “Tanin” qəzetində redaktorluq edən Mühitdin Birgen belə yazır:

      "Bəli Ziya Göyalp belə bir adam idi. İçində fikir ilə şeiri bir-birinə qarışdırmış kah fikirlərinin məşəli ilə ətrafını işıqlandıraraq, kah şeir və xülyanın buludları üstündə göylərdə səyahətə çıxaraq, Türkiyə üçün fikir aləmində bələdçilik edirdi. Yavaş-yavaş Ziya Göyalp “İttihad və Tərəqqi”yə müəyyən bir ictimai və siyasi əqidə verən ruh oldu. O, Ümumi Mərkəzdə bu işi başlayana qədər “İttihad Tərəqqi” içində ictimai və siyasi fikir olmaq üzrə heç bir şey yox idi deyə bilərik. Həm məmləkət daxili, həm “İttihad və Tərəqqi” mühitində çox müxtəlif fikirlər vardı; lakin, bunların heç biri sistemlənməmiş, başdan-ayağa müəyyən bir fəlsəfədən ruh almış deyildi. Bütün fikirlər, xüsusilə,


Скачать книгу