Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
davam edir:

      "Vardar qapısından çıxarkən nişanlarımı sökdüm. Bir az kədərliydim. Bütün köhnə xəyallarım yaxşı, böyük bir əsgər olmaq idi. Halbuki bu andan etibarən artıq bir heç idim. Kim bilir harada və hansı güllə ilə vurularaq kim bilir haralarda qalacaq və üsyankar deyə bir küncə atılacaqdım".

      Yenə də bəzilərinin onu anlayıb arxasından bir fatihə oxuyacağına ümidi vardır.

      Fəthi Okyar deyir ki, Ənvər bəyin dağa çıxması ayrı bir xüsusiyyət daşıyırdı. "Beləliklə, orduların ən həyati mihraklarında olan qərargah zabitlərinin hərəkatı başlayırdı." (Okyar, haqqında danışılan əsər, s. 11)

      Yenicəyə gəlir. Burada Karacaovadakı əmisi kolağası Xəlil bəyə xəbər göndərərək onu qarşılamasını istəyir. Xəlil Bəy kiçik bir birliklə gəlir.

      "On nəfərlik bir atlı birliklə ulduzlu bir gecədə Yenicəni tərk etdim… Bütün təchizatım mükəmməl idi. Bir vaxt şiddətlə izlədiyim üsyan dəstələrinin rəislərinə bənzəmişdim. Hökumət nəzərində artıq onlarla eyni idim".

      Ənvər bəyin yazdığına görə İstanbulu hökumət elanına məcbur etmək üçün ən kəsə yolun, ümumi bir qiyam olduğunda qəti bir qənaəti vardı, amma Mərkəzi-Ümuminin bu mövzuda qəti bir qərar və planı yox idi.

      Karacaovada Teymur bəyin fermasına enirlər. Yenidən paltar dəyişdirir.

      "Silahlarımı, paltarlarımı çıxardım. Ağ potur, qırmızı qurşaq və mintan, fəs, rəngli fermele – bir növ plaş – ilə artıq tamamıyla bir Kayalarlı Türk ağası olmuşdum. Adım da Əhməd dayı oldu." (Çingiz, haqqında danışılan əsər, s. 98)

      Buradaykən onun qədər qorxusuz və döyüşkən başqa bir Osmanlı zabiti Resneli Niyazi bəyin də dağa çıxdığı xəbərini alır. Niyazi bəyin Monastır ətrafında lazımlı təsirini düşünərək özü Tikveş tərəfinə yönəlir. Uzun və yorucu bir dağ yoluna girir. "Artıq Bolqar qiyamında fövqəladə ziyana səbəb olmuş olan və Bolqar dəstələrinin yolu olan qayalıqla meşələrə girmişdik. Dəstəmiz iyirmi adamdan ibarət idi. Birliyimiz səssizcə dar yolda irəliləyirdi." Tikveşə çatırlar.

      Ənvər bəy fərdi gələcəyi baxımından gəmiləri yandırmış və irəli atılmışdır; ancaq, ailəsi haqqındakı tərəddüdləri onu rahat buraxmır. Tikveşə gələn Kolağası Mustafa Kamal o gecə orada qalır və özünə bir neçə məktubla birlikdə Selanikdəki Mərkəzi-Ümumi tərəfindən Osmanlı Tərəqqi və İttihad Cəmiyyətinin Rumeli ümumi müfəttişi təyin edildiyinə dair bir sənəd verir. Məktubların biri anası Aişə xanımdandır; "Ənvərim, başladığın işi bitirmədən dönsən sənə südümü halal etmərəm!.." deyir. Bacısı və atasından gələn digər məktublar da onun hərəkətini təqdir etməkdədir. Ənvər bəy rahatlaşır, bütün yüklərindən xilas olur; "Artıq düşünəcək başqa bir şey qalmamışdı." Tarixçi deyir ki, Ənvər bəy kimi bir insan, əgər belə bir məktub alarsa, artıq onu dünyada məğlub edəcək hər hansı bir qüvvət yoxdur.

      Ənvər bəy hələ o günlərdə, 3-cü Ordu içində adı çəkilən, özünə güvənilən bir insan olaraq xatırlanmağa başlamışdır. Özü kimi dağa çıxan Resneli Niyazi Bəy ondan böyük güc aldığını söyləyir:

      "Xüsusən, Ənvər bəy kimi əfkarı-cəmiyyətin ən qüvvətli naşiri sayılan və “hərb-ü darp”da fövqəladə ləyaqəti bilinən bir qərargah zabitin, üsyana qalmaq cəhdinin şərəf və xidməti ucaldacağı düşüncəsi hamımızı sevinc və fərəhlə doldurdu… Kədərli və pessimist zamanlarımızda, bizi coşduran sözlər, ciddi rəftarlarıyla coşdurub təsir edən bu nadir və hər anlamında mükəmməl olan Ənvər bəy idi". (Hatıratı Niyazi, s. 115)

      Ənvər bəy qiyam bəyannaməsi yayımlayır:

      "Möhtərəm vətəndaşlarım!

      Mebusan Məclisinin dağılmış olması səbəbindən, otuz ildən bəridir məmləkətdə hökm sürərək bir çox namuslu vətən övladının məhvinə və bir çox ailələrin çırağının sönməsinə səbəb olan despotizm idarəsi, son zamanlarda yenə şiddətini göstərməyə başladı. Onsuz da başlı-başına idarə nəticəsi olaraq bir çox qiyamlar içində qana boyanan vətən və millətimizi tamamilə zəiflədərək yaxında məhv edəcək olan bu istibdada nəhayət vermək lazımdır.

      Mən, bu istibdada qarşı millətimin haqlarını mühafizə üçün hər şeyimi fəda etdim. Lazım olsa, bu uğurda həyatımı da əsirgəməyəcəyəm.

      Siz, ey vətənin namuslu və lakin hər şeydən xəbərsiz olan övladları! Sizin də mənimlə bu yolda getmənizi və ya bu işdə tərəfsiz qalmanızı diləyirəm.

      Əleyhimə hərəkət edəcək olanların görəcəkləri zərərlərin maddi və mənəvi məsuliyyəti özlərinə aiddir! Yaşasın vətən, yaşasın millət!

      “Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti”nin Rumeli Teşkilat-i Dahiliy-ye və Kuve-i İcraye Müfettiş-i Ümumisi və Osmanlı Erkan-i Herbiyye mayoru Ənvər"

      Kəndlərdə təşkilatlar qurmaq üçün bir idarə heyəti hazırlayır. Timyanik kəndindən başlamaqla kəndliləri təşkilata and içdikdən sonra götürməyə başlayar. Adem Ağanın evində kənd imamı və Adem Ağa da yanında olduğu halda, mərasim keçirilir. Ənvər Bəy burada bir ovçu batalyonu qərargah mayoru formasındadır, kəndlilər qarşısındakı çıxışı və sonrasını belə danışır:

      "Bilirsiniz ki, indiyə qədər bir çox yerlər əlimizdən getdi. Dunay vila-yəti, Bosniya nə oldu? Oradakı əhalinin canlarını qurtarmaq üçün mallarını buraxaraq qaçdıqlarını bilirsiniz. Bunlar nə oldu? Gəldilər, bu yerlərə sığındılar. Lakin əksəri aç və çılpaqdır. Baxın indi bizim də başımıza bu bəlalar gələcək. Hökumətin məsuliyyətsizliyindən, görürsünüz əcnəbi zabitlər gəldi. Sabah, o biri gün buraları, biz işimizi görə bilmirik deyə parçalamağa cəhd edəcəklər. O vaxt biz nə olacağıq?

      Artıq bizim üçün gedəcək yer yoxdur. Dənizə töküləcəyik, yaxud düşmənlərin ayaqları altında tapdalanacağıq. Belə zamanda arvad kimi ölməkdənsə işlərimizi düzəltmək üçün kişi kimi indi ölməyi gözə almaq yaxşıdır, deyilmi? Əgər biz belə çalışsaq, həm müvəffəq ölərik, həm də qalanlarımız rahat olar; övladımız bizə rəhmət oxuyar.

      Nəyi düzəldəcəyik bilərsinizmi? İstanbuldakı idarəetməni. Çox yaxşı bilərsiniz ki, İstanbulda bir çox məmurlar, heç bir iş görmədikləri halda, minlərlə lirələr alırlar. Xəfiyyələrə minlərlə lirələr boşuna verilir. Buna görə bir çox evlər yıxılır. Sizin ayaqyalın, başı açıq çalışaraq əkdiyiniz əkinlərdən alınan pullar hamısı belə gedir. İstanbula gedənləriniz bilərlər ki, orada on yaşında uşaqlara miralaylık verilir. Kimin vecinədir, sizin Tikveşli müəllim yüz əlli lirə maaş alır; qardaşı oxumaq-yazmaq bilməzkən Məclisi Maarifdə əlli lirə alır? Halbuki bu pullar nə olacaq? Hanı yollarınız? Hanı məktəbləriniz? Əsgərə göndərdiyiniz uşaqlarınız, qardaşlarınız çırıl-çılpaq dağ başlarına qaçır, ölür. İstanbudakılar isə zövqü səfalarındadır. Məhkəməyə getsəniz müşkülünüzə baxan olmaz. Baxın bolqarlara, bu qədər ölürlər, yenə çalışırlar. Hökumətdə məmurlar onların işlərini görür, lakin sizə baxan belə yoxdur. O halda onlara baxaraq biz də çalışaq. İstanbuldan bu əhlikef idarətməni devirək.

      Padşah


Скачать книгу