Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
gəlmirdi; yaxşı bir qərargah zabiti olaraq qəbul edilir və xüsusilə, şəxsi əxlaq baxımından nümunə olan üstünlükləriylə hörmət görürdü." (İnönü, haqqında danışılan əsər, s. 48)

      Mayor Ənvər Bəy burada qısa bir çıxış edir:

      "Vətəndaşlar!

      Mənə qarşı göstərilən bu sevgiyə təşəkkür edirəm. Mən buna layiq olmaq üçün bir şey etməmişəm. Hər Osmanlı övladının sevə-sevə yerinə yetirməyə çalışacağı bir vəzifəni taleh mənə verdi. Əgər bunu haqqıyla yerinə yetirə bildimsə, bu mükafat mənə kifayətdir. Həmd olsun, Hökumətə qovuşduq. Azadlığımızı aldıq. Lakin bununla vəzifəmizin bitmiş olduğunu sanmayaq. Əsl çətinlik bundan sonra başlayır. Yüksəlmə yolunda atdığımız bu ilk addımı müvəffəqiyyətlə davam etdirmək üçün çox çalışmaq, diqqət yetirmək lazımdır. Xüsusən, bundan belə müsəlman və qeyri-müsəlman bütün vətəndaşlar birlikdə çalışaraq azad millətimizi, vətənimizi daim yüksəklərə aparacağıq.

      Yaşasın millət! Yaşasın vətən!"

      İzdiham təkrar edir: "Yaşasın!"

      Mayor Ənvər Bəy artıq siyasətin tammərkəzindədir.

      Köhnə xəstəlik: əsgər və siyasət

      Osmanlı Dövlətinin öz xüsusi quruluşunda, bəzi təşkilatlar arasında xüsusi əlaqələr meydana gəlmişdir. Bunlardan biri üləma ilə kapıkulu, xüsusilə, yeniçərilərin əlaqələridir.

      Bilindiyi kimi, taxt-tac Padşahındır; bütün səlahiyyətlər onda toplanmışdır. Bu təməl qanunun tətbiq olunmasında zaman-zaman bəzi problemlərlə qarşılaşılmaqdadır.

      İlk problem səltənət varisliyinin qəti şəkildə qanunla müəyyən olması səbəbiylə padşah övladları arasında çıxan səltənət savaşlarıdır. Bu cür mübarizələrdə, hər cür silahlı güc, bu döyüşün bir tərəfi ola bilməkdə və nəticə dəqiqləşənə qədər qarşıdurma davam etməkdədir. Fateh Sultan Məmməd Xanın məşhur qardaş qətlinə icazə verən qanunnaməsi və sonrakı yüz illərdə varisliyin “əkbər övlada” aid olması ilə bu mübarizələr sona çatmışdır. Ancaq on doqquzuncu əsrə gələnə qədər, padşahların dəyişməsində və zaman-zaman taxtdan endirilməsində mərkəzdəki güc olaraq Yeniçərilərin payı olmuşdur. İldırım Bəyazid Xan sonrası çəkişmələr bir tərəfə buraxılsa, əyalətdəki sipahilerin bu proseslərə çox da müdaxiləsi ola bilməmişdir.

      İkinci problem hüququn üstünlüyü qanununa bağlı olaraq, padşahın səlahiyyətlərinin məhdudlaşdırılması ümumi çərçivəsindən doğulur. Osmanlıda üstün hüquq İslam şəriətidir; padşah bu çərçivənin xaricində qərarlar verə bilməz, hərəkət edə bilməz. Osmanlı protokolunda baş nazirlə eyni sırada və lakin mənən ondan da irəli olan, alimlərin rəisi Şeyxülislamın başında olduğu Təşkilatın bir funksiyası da, qərar və qanunnamələrin Şəriətə uyğunluğunu yoxlamasıdır. Bu mətnlər, Şeyxülislamlıq tərəfindən nəzarət edilib, üstün hüquq olaraq qəbul edilən qaydalara uyğunluğu təsdiqləndikdən sonra qüvvəyə minirdilər. Prof. Ömər Lütfü Barkan belə yazır:

      "Padşahların iradələrinin qeydsiz-şərtsiz bir qanun halına keçməkdə olduğu zamanlarda Osmanlı İmperatorluğunda, bir yenilik, “Şər-i şərifə uyğundur” qeydiylə icra edilmişdir. Köhnə qanun hökmlərini ləğv edən yeni bir qanun, eynilə köhnələrində də vaxtilə olduğu kimi, “Şər-i şərifə uyğundur” qeydiylə qüvvəyə minmişdir". (N. Kösoğlu tərəfindən seçilmiş, “Hüquqa bağ-lılıq baxımından, köhnə türklərdə, İslamda və Osmanlıda dövlət”, İstanbul, 2004, s. 246) Şəriətlə əlaqədar olmayan xüsuslarda isə "Şəri məsləhət deyil, necə əmr edilmiş isə elə hərəkət edilmək lazım gəlir." qeydi qoyulmaqdadır. Ayrıca, İslam cəmiyyətindəki ümumi fətva ənənəsinin dövlət həyatındakı əks inikası, ediləcək hərəkətin Şəriətə yəni hüquqa uyğunluğunun fətvasının alınması lazımdır ki, bunu da din/hüquq alimləri və mərkəzdə Şeyxülislamlıq Təşkilati verir.

      İslam hüququ, ümumiyyətlə, xüsusi hüquq problemlərini təşkil etdiyi, cəmiyyət sahəsini ənənə və məsləhətə buraxdığı üçün üstün hüquq olaraq “Şər-i şərif” yanında “qanunu qədim” və “münif” anlayışları inkişaf etdirilmişdir. Yəni Şeyxülislamlıq, qərar və proseslər haqqında hökm verərkən, yalnız Şəriəti deyil – ki bu şəxslərin haqq və azadlıqlarını qorumaqdadır – eyni zamanda, o mövzuda köhnə padşahların nümayiş etdikləri qurucu hüquq qanunlarını və dövlətin, xalqın mənfəətlərini də güdəcəklər. Dövlət həyatını təşkil edən və sultanı yaxud ənənəvi hüquq deyilən bütün qanunnamələr belə bir yoxlamadan keçdikdən sonra qüvvəyə minir. Xüsusi Osmanlı nizamında, yoxlama və məhdudlaşdırma yalnız iç hüquqla əlaqədar deyil; müasir zaman və konstitusiyaların “siyasi qərarlar” deyib, yoxlamadan kənarda qoyduğu sahələr də, məsələn ən ciddi qərar olan müharibə qərarları da bu yoxlamaya tabedir. Osmanlı Xaqanı hər hansı bir dövlətə müharibə elan edəcəyi zaman, bu qərarının uyğun olduğuna dair Şeyxülislamdan fətva almaq məcburiyyətindədir. Çağımız idrakının belə qavramaqda çətinlik çəkdiyi, bu, hüququn üstünlüyü inancının, Misir Səfəri, İkinçi Vyana Səfəri kimi fətva almaqda çox çətinliklərin çəkildiyi maraqlı nümunələri yaşanmışdır. Ayrıca, padşah dəyişmələri də mütləq fətvaya söykənmək məcburiyyətindədir, yəni hüquqa uyğunluğunun səlahiyyətli mərcilər tərəfindən sənədləşdirilməsi zəruridir.

      Bax bu nöqtədə, yuxarıda işarə etdiyimiz üləma-yeniçəri xüsusi əlaqəsi doğulur: Yeniçəri mərkəzi nüfuzun hüquqa uyğunluğunu nəzarət edən Şeyxül-islamlığın tətbiq edici gücüdür. Bu mövzuda üləma-yeniçəri həmrəyliyi, halın zərurətiylə bir ənənə halına gəlsə də, Qanuni Sultan Süleyman Xan dövründə bir qanunnamədən də danışılmaqdadır.

      "Dövlət idarəsi üləma ilə vükəlaya təqdim edilmişdir. Padşahın doğru yoldan sapması halında üləma və vükəla ordu rəislərini vəziyyətdən xəbərdar edərək padşahı taxtdan endirib, yerinə xanədan ərkanından digərini seçəcəklər." (Ord. Prof. Dr. Rəcai Qalib Okandana istinadla N. Kösoğlu, haq-qında danışılan əsər, s. 251)

      Hər nə şəkildə olursa-olsun, padşahların dəyişdirilməsində "hal fətvası"nın alınması Osmanlının sonuna qədər davam etmişdir. Hökumət rəhbərliyinin qərarı ilə Sultan II Əbdülhəmid Xanı taxtdan endirərkən də, Şeyxülislamlıqdan fətva alınmışdır. Ancaq bu mövzuda bəzi şərhlər vermək lazımdır.

      Yuxarıdan bura qədər izah etdiklərimiz, təşkilatların ibtidai səviyyədəki görünüşləridir; bir də bunların sui-istifadə edilməsi və təşkilatların çöküş dövründəki görünüşləri vardır. Yüksəliş dövrlərində təşkilatların, quruluş qanun və məqsədlərinə ən uyğun zamanlarının olduğu qəbul edilə bilər. Ancaq, bu zamanlarda da, mövqelərin və səlahiyyətlərin sui-istifadə edilməsi söz mövzusu ola bilər. Necə ki, yeniçəri qiyamlarında "Şəriət isterük", yaxud "Şər' ilə davamuz vardur" deyə üsyan çıxararkən, hüquqa zidd qərarlar qarşısında "hüquqa uyğunluq istəyərik" deyilmək istənsə də, tarixi bir çox nümunələrində görüldüyü kimi, işin əsası dəfələrlə maaşların artırılması yaxud bir iqtidar


Скачать книгу