Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
etmələri bir tərəfə haqqında danışılan ictimai qrupların, Hökumət sisteminin verdiyi imkanlarla güc Kazandıqları və parçalayıcı olduqlarının fərqində olmur.

      İttihadçılığın bir xüsusiyyətinin də terrorçuluq yaxud "terror davranışı" olduğu deyilmişdir. Bunu hər məsələni qüvvətə söykənərək qısa və asan yoldan həll etmə anlayışı olaraq ifadə edə bilərik. Doğru olmaqla birlikdə bu rəftarın “İttihadçılar”a xas olduğunu düşünmək səhvdir; əsgərin içində olduğu bütün siyasi hərəkatlarda eyni tutumu görərik. “İttihadçıların” da, xüsusilə, güclü olan hərbi qanadı, Selanik mərkəzli III Ordu mənsublarıdır və gənc yaşlarından etibarən qiyamçı təqibi və qarşıdurmalarıyla həyata atılıbar. Problemlərin qüvvətlə və birbaşa həll edilməsi onlar üçün bir təhsil məsələsindən çox yaşanan bir həyat vərdişidir. Eyni zamanda bu nəslin tələsik həll yolu axtardığı və bunun üçün də həyat bahasına olsa da, asan həllərə meyilləndiyi unudulmamalıdır. Osmanlının həyatında və təhsillərində demokratik bir quruluş və tərbiyə götürməyən bu insanların, vərdişlərini siyasi həyata da əks etdirmələri təbiidir. Bilirik ki, ilk siyasi partiya, bir gizli qiyam cəmiyyəti olaraq qurulmuşdur. Bu cəmiyyətə mənsub bir hərbi tibb məktəbi şagirdinin, 1907-ci ildə yazdığı bir məktubunda bu sətirlər vardır:

      "Məqsədimiz təkamülə bağlı olmaq deyil, onu silah ilə, ölüm ilə, qan ilə tezləşdirməkdir… Vətənin yarasının dərmanı silah və barıtdır…"

      Bu ifadələri bir az uşaqca qəbul etsək də, dövrün ab-havasını əks etdirir.

      Ənvər bəy cəmiyyətdə

      Ənvər bəy, 1906-cı ilin sentyabrında Osmanlı qürurunu təmsil edə biləcək güclü bir iqtidarın xəyalları içində Selanikdəki Osmanlı Azadlıq Cəmiyyətinə daxil olur. Poçt məmuru Tələt bəyi orada tanıyır, –"Ona qarşı böyük məhəbbət hiss etdim", – deyə yazır. Bu cəmiyyət III Ordu mərkəzi olan Selanikdə, Tələt bəy, Midhət Şükrü (Bleda), Bursalı Tahir (Ongun), Kazım Nami (Duru), İsmail (Canpolat), Ömər Naci və yoldaşları tərəfindən qurulmuşdur. İtalyan Karbonari tərzində gizli təşkilatlanması və masonik mərasimlərə bənzər and mərasimləri vardır. Cəmiyyət mənsubları, əsasən, əsgərlərdir. Bu cür bir gizlilik və şişirdilmiş mərasimlər, xüsusilə, narazı gənc zabitlərin marağını çəkməkdədir və mistik bir təsir oyandırmaqdadır. Beləcə, qanı qaynayan gənclər, nəticəsini çox da düşünmədən, mahiyyəti məchul “vətəni xilas etmək” oyununa qatılmaqdadır.

      Zabitlərin yüksəlişinin nizamlı ola bilməməsi, maaş və ödənişlərin həm az, həm də zamanında ödənə bilməməsi kimi ordudaxili çətinliklər narazılar zümrəsini artırmaqdadır. İstanbuldakı Mərkəz Ordusunun heç bir problem yaşamadığı, paşa övladlarına rütbələr paylandığı kimi təbliğatlar hər kəsin dilindədir. Selanik masonlarının da dəstəyini almış olan bu Təşkilatin qurucularından Midhət Şükrü cəmiyyətin ilk günlərini belə izah edər:

      "Ən böyük zövqümüz Saray idarəsinə rahatca müzakirə etmək idi… Bu müzakirələr Padşaha uzaqdan yumruq yelləmələr, evimizin dörd divarını aşmırdı." (Ziya Nur Aksun, Osmanlı Tarixi, İstanbul 1994, c. 5, s. 74)

      Selanikdə olduğu bir gün əmisi baş leytenant Xəlil bəy Ənvər bəyə "cəmiyyətdən" bəhs edir. Xəstə olan yoldaşları Hafiz Haqqını ziyarət edib; ona da məlumat verərlər. Xəlildən şərtləri soruşanda, o da "Məmləkətdə qanuni idarənin qurulmasına çalışmaq, 1877-ci Konstitusiyasının tətbiq olunmasını təmin etməkdən ibarətdir", – deyə cavab verir. Ənvər bəy əmisindən ayrıldıqdan sonra Selanik Rüşdiye müdiri olan, sevib-saydığı mayor Bursalı Məmməd Tahir bəyi ziyarət edir. Ona belə bir təklif gəldiyini söyləyərək fikirini öyrənmək istəyir. M.Tahir bəy şübhələnsə də, Ənvərin saflıq və səmimiyyətinə inandığından belə bir cəmiyyətin var olduğunu, özünün də üzv olduğunu açıqlayır, "Sən də gir, yaxşı olar" deyir. Ənvər bəy sabahısı gün Monastıra dönmək məcburiyyətində olduğunu söyləyincə, evində gözləməsini, gecə yarısı onu aparmağa gələcəklərini və aparacaqları yerdə xüsusi bir and içdikdən sonra cəmiyyətə girmiş olacağını söyləyir.

      Ənvər bəy qayını olan Selanik Mərkəz Komandirinin yavəri şehenşahi-Miralay Nazim bəyin evindədir. O axşam bir ziyafət vardır və yemək yeyildikdən sonra qonaqlar qumar masasının ətrafında toplanarkən o, qulağı qapıda gəzişməkdədir. Sonunda qapı çalınır və M.Tahir bəyin haqqında danışdığı Qərargah mayoru Haqqı bəy gəlir. Evdən çıxarkən yenə də tədbirlidir: "Rovelverimi cibimə qoydum; Allaha təvəkkül edib yola çıxdım." Kafe Kristala ge-dirlər; oradakı bir neçə adama salam verib oturarlar. Buradan bir vətəndaşla birlikdə qalxaraq, qapıda dayanan avtomobilə minirlər. "Yolda bu vətəndaşı, Haqqı bəy təqdim etdi: Poçt və Teleqraf baş katibi Tələt bəy. Ürəyimdə özünə qarşı böyük məhəbbət hiss etdim. Demək bunlar bütün xəyallarımızı reallaşdırmaq üçün hərəkətə keçmişdilər”.

      Alatini kərpic fabrikinin küçəsindən bir az əvvəl avtomobil dayanır; sürücü yola salınır. Haqqı bəy də orada qalır.

      "Mən Tələt bəy ilə birlikdə küçəyə girdim. Meydanlığa çıxan küncdə dayandıq. Tələt bəy cibindən çıxardığı qara bir gözlüyü gözlərimə taxdı. Altında qara bir bez olsa da, ətraf bir az seçilirdi. Təəssüf ki, mən Selaniki tanımadığım üçün buraları da tanımırdım. Bir bağçadan içəri girdik. Bağça qapısında “kimdir o?” deyildi. “Aypara” parolu verildi. O gözləyən məni götürdü. Tələt bəy çöldə qaldı. Bir daş pilləkəndən çıxdıq. Sağda bir otağa girdim. Orada tək qaldım. Yüngül bir lampa işığı otağı işıqlandırırdı. Pərdələr bağlı idi". (Çingiz haqqında danışılan əsər, s. 60)

      İçəri bir az qısa boylu, üzü qara örtüklü biri girir və ondan cəmiyyətə girməkdə qərarlı olub-olmadığını soruşur. “Bəli”, – deyir. Gözləri qara bir bezlə və yenidən möhkəmcə bağlanır. Artıq ətrafı heç görə bilmir. Başqa bir otağa aparılır. Orada ayaqüstə gözləyərkən qarşısında dayanan biri, vətənin içində olduğu vəziyyət buna səbəb olan zalım rəhbərliyin pislikləri haqqında çıxış edir və nəhayət, onun “Osmanlı Azadlıq Cəmiyyəti”nə qəbul edildiyini bildirir.

      Sonrasını yenə özündən dinləyək:

      "Nəhayət, sıra anda gəldi. Sağ əlim “Quran-i Əzimü'ş-şan”, sol əlim də bir xəncər və bıçaq üzərində olduğu halda, 1877-ci il Konstitusiyasının geri gətirilməsinə çalışacağıma və bu uğurda heç bir şey əsirgəməyəcəyimə və xəyanət etməyəcəyimə and içdim".

      Sonra gözü açılır. Bu mərasim ona çox təsir etmişdir:

      "Ürəyimdə tək başıma bu zalım idarəni kökündən aşırdacaq bir qüvvət və bu qüvvətə uyğun bir istək hiss edirdim".

      Ona Cəmiyyətin işarə və parolları da izah edilir. Çıxarkən yenidən gözləri bağlanır və çöldə gözləyən Haqqı bəyə təhvil verilir. Cəmiyyətin on ikinci üzvüdür. İlk üzvlük haqqını Haqqı bəyə ödəyir. Tələt bəy onu evinə qədər ötürür.

      “Artıq ürəyim vətənin xilas olacağına fövqəladə inanmış olduğu halda, sabahısı gün qatarla Monastıra


Скачать книгу